Zidan “Real”dan yenə gedir


“Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda klubdan gedəcək.

Axar.az xəbər verir ki, bu barədə “Goal” portalı məlumat yayıb.

Məlumata görə, Zidan bununla bağlı “Real” futbolçuları ilə söhbətində deyib.

Qeyd edək ki, Zinəddin Zidan 2019-cu ildə “Real”a baş məşqçi vəzifəsinə gətirilmişdi. Bundan əvvəl Zidan 2016-2018-ci illərdə kluba baş məşqçilik etdiyi dövrdə “Real” 3 dəfə Çempionlar Liqasının qalibi olmuşdu.