HƏMAS İsrailə zərbələri dayandırmalıdır – Bayden

HƏMAS İsrailə zərbələri dayandırmalıdır.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Fələstin lideri Mahmud Abbasla telefon danışığı zamanı deyib. Bayden ABŞ-ın konfliktin həlli barədə son diplomatik səyləri barədə də məlumat verib.

Bayden Fələstin xalqının onun layiq olduğu iqtisadi imkanlar şəraitində azad, təhlükəsiz və layiqli həyatının təminini dəstəklədiyini bildirib.

Qeyd edək ki, bundan öncə Baydenlə İsrail Baş naziri Benyamin Netanyahu arasında da telefon danışığı baş tutmuşdu.