Qadın övladlarını xüsusi zorakılıqla öldürdü

ABŞ-ın Arizona ştatının Finiks şəhərində qadın başındakı səslərə görə övladlarını öldürüb.

Bu barədə FOX 10 Phoenix telekanalı xəbər verir.

Amerikalı qadın polisə şikayət edərək bildirib ki, onu uşaqlarını öldürməyə məcbur edən səslər eşidir. Bundan dərhal sonra mənzilində doqquz yaşlı qız və yeddi yaşlı oğlanın üzərində xüsusi zorakılıq izləri olan cəsədləri tapılıb.

Qonşuların sözlərinə görə, evli cütlük daim mübahisə edib.

Ana tutularaq istintaqa cəlb olunub.