““Xarı bülbül” festivalı da göstərdi: “Multikultural dəyərləri qoruyuruq”

Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dünən Qəbələ rayonunda səfərdə olublar. Onlar Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət ediblər. Bu, ölkədə multikulturalizm ənənələrinin qorunub saxlanması, bütün dini konfessiyalara dövlət dəstəyinin göstərilməsinin bariz nümunəsidir.

Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbin açılması isə ölkədə təhsil infrastrukturunun inkişaf etdirilməsinin, 3 mindən artıq məktəbin tikintisi və ya  əsaslı şəkildə yenidən qurulması, dövlətin təhsilinə qayğsının göstəricisidir. 

 Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti bu barədə “Sherg.az”a açıqlamasında səfərin əhəmiyyətini yüksək qiymətləndirdi: 

“Həmin səfər çərçivəsində Müqəddəs ana kilsəsinin xadimi Heydər Əliyev Fondunun Birinsi vitse-prezidenti Leyla xanım Əliyevaya minnətdarlığını bildirdi. Fondun qayğısı nəticəsində kilsəninin yenidən onlara qaytarıldığını dilə gətirdi. Ümumilli lider Heydər Əliyevin də dediyi kimi, bizim ən böyük sərvətimiz həm də ölkəmizdə yaşayan xalqlardır.

Dövlət başçısı İlham Əliyevin milli, bəşəri və mütərəqqi siyasəti Azərbaycanı işıqlı gələcəyə aparır. Yeri gəlmişkən, qeyd edim ki, Şuşada keçirilən “Xarı bülbül” musiqi festivalı da çox möhtəşəm tədbir idi. Orada Azərbaycanda yaşayan xalqların hər birinin musiqi kollektivləri çıxış etdi. Bu, bir daha ölkəmizdə multikultural dəyərlərin qorunduğunu, inkişaf elətdirdiyini göstərir.

Pandemiya şəraitinə baxmayaraq, Azərbaycanda turizmin, iqtisadiyyatın inkişafına xüsusi diqqət göstərilir. Ölkənin inkişaf etdirilməsi, xalqın rifahının təmin olunması üçün bütün imkanlar ortaya qoyulur”.