Yəhudi əsilli müğənni İsrail və Fələstin münaqişəsindən YAZDI

Müğənni Xəyyam Nisanov İsrail və Fələstin arasında baş verənlərdən yazıb.
"Sherg.az"ın məlumatına görə sənətçi İnstaqram profilində yəhudi əsilli olduğunu söyləyərək bunları qeyd edib:

"Müsəlman ölkəsi olan Azərbaycanda, çoxmillətli Bakı şəhərində doğulub boya-başa çatmışam. Biz hamımız tək və yeganə Allahın bəndələri olaraq bütün dinlərin nümayəndələrinə hörmət, anlayış göstərərək yaşamışıq.

Minilliklər boyu yəhudilər, müsəlmanlar, xristianlar bir-biri ilə qonşuluq, dostluq münasibəti saxlayıb. Çünki Allah birdir. Yer üzündə həyat yalnız bu şəkildə davam edə bilər.

Bütün müharibə və qarşıdurmaların əleyhinəyəm.

Çünki savaş insan tələfatıdır. Müharibə uşaqları valideynsiz, valideynləri övladsız qoyan amansız siyasətdir. Mən bütün dünyada sülhün və barışın tərəfindəyəm".