Lənkəranda 3 maşın toqquşub, xəsarət alanlar var - FOTO

Lənkəranda 3 avtomobil toqquşub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, yol qəzası rayonun "Ləvəngi dairəsi" deyilən ərazisində baş verib. "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq ilk olaraq dayanmış vəziyyətdə olan eyni markalı maşınla, sonra isə "Mercedes" markalı mikroavtobusla toqquşub. Nəticədə azı 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə gələn FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalan sərnişinləri xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.