Bakıda 37 yaşlı qadını avtomobil vurub öldürdü


Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Hədiyyə Yusibovanı yolu keçərəkən minik avtomobili vurub.

Hadisə yerinə təcili yardım briqadası cəlb edilsə də, ağır xəsarət alan qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.