Uşaqlarını atıb başqası ilə qaçdı

Üç övladını qonşularının qapısına qoyaraq yoxa çıxdı

İstanbulun Esenyurt şəhərində yaşayan gənc qadın iki azyaşlı uşağını qapı qarşısında qoyaraq tərk edib. "Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşular qapı qarşısında tapdıqları uşaqları atalarına təslim ediblər.  İddiaya görə, təxminən iki ay əvvəl üç uşağı və S.R. adlı ərindən ayrılan qadın Bağlarçeşme məhəlləsindəki evlərinə gəlib. L.R. (1) və R.R. (2) adlı uşaqlarını və onların əşyalarını yaşayış binasının qarşısına qoyaraq oranı tərk edib. Yaşayış binasının qarşısında uşaqları tapan Enver Albayrak bildirib ki, ilk öncə uşaqların valideynlərini axtarmağa başlayıblar: "Dünən saat 18:00 radələrində iki uşaq gördüm. Biri 8 aylıq, digəri 2 yaşında idi. Uşaqlar yerdə, betonun üstündə idilər. Uşaqların yerdə nə qədər olduqlarını dəqiq deyə bilmərəm. Onları görən kimi dərhal yemək verdik və qapı-qapı gəzməyə başladıq. Qapını açanlar uşaqları tanımadıqlarını söylədilər. Sonradan məlum oldu ki, onların anası  iki ay bundan qabaq başqasıyla qaçıb. Uşaqlar yoxlanılmaq üçün təcili yardımla xəstəxanaya yerləşdiriliblər. Yoxlanışdan sonra uşaqlar atalarına verilib.