"Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" deməsi məğlubiyyətin əsasını qoydu" 

Ermənistan 23 il ərzində yürütdüyü avantürist və məsuliyyətsiz siyasətlə Qarabağ müharibəsində məğlubiyyətinə yol açıb.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.
Onun sözlərinə görə, Ermənistanın məğlubiyyətinin əsası 1998-ci ildə status-kvonun qorunub saxlanacağı ilə bağlı inamın yaranması ilə qoyulub.
"Məğlubiyyətin tamamlanmasını isə Nikol Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" deməsi ilə elan edib".
Qeyd edək ki, Levon Ter-Petrosyan 1998-ci ildə istefa verib.