Ağstafada evində öldürülən qadının qızılları oğurlanıb

Ağstafa rayonunun Köçəsgər kəndində 62 yaşlı qadının evində öldürülməsi ilə bağlı yeni detallar məlum olub.

"Sherg.az" oxu.az-a istinadən bildirir ki, qadının evindən qızıl-zinət əşyaları oğurlanıb.

Həmçinin qeyd edilib ki, qadın Köçəsgər kəndində tək yaşayırmış.

Belə ki, verilən ilkin məlumatlara görə, 62 yaşlı Hüseynova Çiçək Əli qızının əri tərəfindən öldürüldüyü bildirilsə də, dəqiqləşdirmələr zamanı onun tək yaşadığı evdə naməlum şəraitdə boğularaq qətlə yetirildiyi açıqlanıb.

Kənd sakinlərinin sözlərinə görə, qadın 32 ildir ailəli olsa da, övladı olmayıb.

Cinayəti törədən şəxsin axtarışları istiqamətində hüquq-mühafizə orqanları tərəfindən axtarışlar davam etdirilir.