"Barselona" çempionluq şansını itirdi

İspaniyanın "Barselona" komandası 2020/2021 mövsümündə çempionluq şansını itirib.

"Report"un məlumatına görə, Kataloniya təmsilçisi La Liqanın XXXVII turunda evdə "Selta"ya 1:2 hesabı ilə uduzaraq, 76 xalla 3-cü pillədə qalıb.

Əvəzində lider "Atletiko" evdə eyni hesabla "Osasuna"ya qalib gəlib və xalını 83-ə yüksəldib.

"Real Madrid" isə "Atletik" üzərində 1:0 hesablı səfər qələbəsi sayəsində 81 xalla 2-ci pillədə qalıb.

Son turda "Barselona" səfərdə "Eybar"a qalib gəlsə belə, 3-cü pillədən yuxarı qalxa bilməyəcək. Üstəlik, 74 xalla 4-cü yerdə gedən "Sevilya" "Vilyarreal" üzərində səfər qələbəsi sayəsində Kataloniya komandasını keçə bilər.