Tovuzda yol qəzasında bir nəfər xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Əyyublu kəndində qeydə alınıb.

Minik avtomobilinin sürücüsü qaranlıq hava şəraitində yolun ortası ilə hərəkət edən mal-qaranı görməməsi səbəbindən qəza törədib.

Hadisə zamanı mal-qaranın sahibi, 1962-ci il təvəllüdlü Həmzəyev Namaz Qaraca oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Qəza zamanı avtomobilin ön hissəsi əzilərək yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.