Nura insanları qurbağaya bənzətdi:"...Bataqlıqda məskunlaşmağı sevirlər”

“İnsanlara yaxşılıq etməklə, onlar üçün yaxşı olmursan. Nə qədər yaxşılıq edirsən et, xeyri yoxdur. Əvvəldən sənə qarşı münasibəti necədirsə, elə də qalacaq”.
“Sherg.az” xəbər verir ki, bu sözləri Feysbuk profilində müğənni Nura Suri yazıb. O fikirlərinə bunları da əlavə edib:
“Onlara heç bir yaxşılıq etməyən, həmişə əzən adamlara qarşı daha yaxşı olacaqlar, nəinki sizə. Bəzən insanları olduqları bataqlıqdan çıxarmağa gərək yoxdur, çünki qurbağa kimi bataqlıqda məskunlaşmağı sevirlər”.

Sənətçi digər bir statusunda isə kliplərində, fotosessiyalarında güzgüdən istifadə etməyi sevdiyini söyləyib:

“Özüm də münasibətlərdə güzgü kimiyəm. İnsanlar mənə necə münasibət göstərirsə, onun cavabın alır. Heç vaxt yaxşılığı cavabsız qoymuram. Pisliyə pisliklə cavab vermirəm, amma etdiyi hərəkətə peşman edirəm. Mən də etməsəm də, həyat onsuz da edir geci-tezi var”.