Bahar Lətifqızı boşanıb? – Açıqlandı 

Ötən günlərdə “Həmin Zaur” verlişində qonaq olan Vəfa Şərifova  bir neçə həmkarının boşanma xəbəri haqda danışıb. O iki müğənninin-Şəbnəm Tovuzlu və Bahar Lətifqızının həyat yoldaşlarından ayrıldığını söyləyib. İfaçının bu açıqlaması B.Lətifqızını hiddətləndirib.
“Sherg.az” xəbər verir ki, o həmin proqramda Vəfaya bunları deyib :
“Onun  haqqımda danışmağa hüququ çatmalıdır. Məni Elnarə Abdullayevadan, Könül xanımdan soruşun, uşaqdan yox. O ailəm ilə bağlı nə bilə bilər?”
Yenidən Zaur Kamalın proqramına qatılan V.Şərifova sözügedən qalmaqaldan bəhs edib:
“Ötən dəfə bir neçə nəfərin adını yazıb soruşdunuz ki, boşanıblarmı? Onlardan biri Bahar Lətifqızı idi. Eşitmişdim ki, ayrılıb. Sonra dava-qırğın düşdü. Bahar xanımın ailəsindən mənə zəng gəldi. Sən demə ayrılmayıbmış. Ötən dəfə də mənə iynəli sözlər dedi. Amma onu çox istəyirəm”.