Tanınmışlar Röyanın bağ evində... - FOTOLAR

İncəsənət aləminin tanınmış simaları xalq artisti Röya Ayxanın Şağan qəsəbəsində yerləşən bağ evində toplaşıblar. Onların sırasında aktyorlar Nicat Rəhimov, Elşən Orucov, aparıcı, prodüser İlkin Həsəni, müğənnilər Rüfət Axundov, Elçin Cəfərov, əməkdar artist Teymur Əmrah da olub.
“Sherg.az” xəbər verir ki, onlar məclisdən foto-videoları İnstaqram səhifələrində paylaşıblar.
Elşən Orucov dostları ilə birgə çəkilən fotosuna “Pandemiya bizə ətrafımızdakı insanların qədrini daha çox bilməyi öyrətdi” qeydini yazıb.