Cəhənnəm həyatı yaşadı: 6 ay arvadını zəncirlə dama bağladı

Oktay Gülər adlı şəxsin həyat yoldaşına dəhşətli işgəncələr verməsi faktı aşkarlanıb. 
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan istintaq tədbirləri zamanı məlum olub ki, Oktay Gülər adlı şəxs altı aydır ki, dini kəbinlə ailə həyatı qurduğu həyat yoldaşına işgəncələr yaşadıb. İlk ailə həyatı qurduqları gündən E.A.-nın həyat yoldaşı ona dəfələrlə işgəncələr verib. Ancaq Oktay ona qarşı səsləndirilən  ittihamları rədd edib.

O, ifadəsində son döyülmə hadisəsində spirtli içki qəbul etdiyini və heç nə xatırlamadığını söyləyib. Qadın isə ifadəsində bildirib ki, sonuncu dəfə siqaret qutusunun əskik olması səbəbindən mayın 16-sı tarixində kəmərlə bərk döyülüb.

O qeyd edib ki, onun qaçmağı da möcüzə olub: "Oktay heyvanlarına yem vermək üçün çölə çıxdı. Ancaq ayaqlarımı zəncirləməyi unutdu. Bu fürsətdən istifadə edərək pəncərədən qaçdım. Bu vaxt qonşum ilə qarşılaşdım və ondan kömək istədim". 

Qonşusunun evinə sığınan E.A. atasını köməyə çağırdığını deyib: "Atamdan məni qurtarmasını istədim. Dərhal bu barədə təhlükəsizlik orqanlarına məlumat verildi və Oktay Güler polislər tərəfindən  nəzarətə alındı". 

E.A.-ya sistemli şəkildə işgəncəyə məruz qaldığını  söyləyib: "Evdən qaçmamağım üçün zəncirin bir ucunu ayağına bağlayırdı. Onunla qoşulub ailə həyatı qurduqdan sonra məni təhdid və təhqir etməyə başladı. Ona heç cür müqavimət göstərə bilmirdim. İşgəncələrini günbəgün sistematik hala gətirirdi".

E.A-nın vəkili isə açıqlamasında bildirib ki, müvəkkilinin evinə getdiklərində onun ağır döyüldüyü açıq-aşkar bilinib:

"Üzü, gözləri və bədəni zədəli idi. Boğazı sıxıldığı üçün yemək yeyə bilmirdi. Qollarında və belində çox sıx qançırlar var idi. Ayağında zəncir izləri var idi. Onu bu cür görəndə dəhşətə gəldik. 

O.Gülər isə təhdid, təhqir, böhtan və təcavüzü inkar edib.

O bildirib ki, həyat yoldaşıyla zamanla mübahisələri olub: "Gündəlik işlər üzündən mənə yalan danışdığına görə zaman-zaman mübahisə etdiyim doğrudur. Ancaq bunlar namus və qısqanclıqla əlaqəli deyil.  E.A-nı  heç zaman təhdid, təhqir etməmişəm və döyməmişəm. Deyilənlərin hamısı yalandır".