Zenfiradan ETİRAF: "Ərim əsəbidir, mənə şillə vurdu"

Müğənni Zenfira İbrahimova “Heç vaxt, heç yerdə” verilişində dedikləri ilə diqqət çəkib.
“Sherg.az” xəbər verir ki, o həyat yoldaşından səbəbsiz yerə ayrılmayacağını söyləyib:
“Xəyanət etsə, boşanmaram. Xəbərsiz şəkildə ailə qursa, mənə sevgisi yoxdursa, başqasını sevərsə, o zaman ayrılaram. Amma digər hallarda kişidir də...Yeni evlənəndə saç rəngimi dəyişmişdim. Anar da əsəbi insandır. Bu üzdən mənə sillə vurdu.
Ondan sonra əl qaldırmayıb. Ümumiyyətlə xanıma əl qalxmaz. O anadır, övladlarını böyüdür. Niyə qadın döyülməlidir?!”.
Qeyd edək ki, Z.İbrahimova idmançı Anar Mədətovla evlidir.