Tolik öz ampulasındadır: ""Qıjı" müğənnilərə "qıjı" mövzular maraqlıdır"

"Fikir vermişəm, "qıjı" müğənnilər rəqqasələr, aparıcılar, tanınan simalar ölkənin hansısa uğurunu paylaşmır".
"Sherg.az" xəbər verir ki, bu sözləri İnstaqram səhifəsində aparıcı-prodüser Tarix Əliyev (Tolik) yazıb. O "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın finala qalması ilə bağlı paylaşım etməyən şou əhlinə irad bildirib:
 "Çünki onlara özləri kimi "qıjı" mahnılar, mövzular maraqlıdır. Bax, səviyyə buradan bilinir. Fikir verin".