Elza Seyidcahan "gül" vurdu: "Gəlinlik donu xanımın bakirəliyi deməkdir"    

Əməkdar artist Elza Seyidcahan növbəti açıqlaması ilə diqqət çəkib.
O Lamiyə Balacayevanın təqdimatında yayımlanan “Üz-üzə” verilişində qonaq olarkən həm həyatından, həm də sənətindən danışıb.
“Sherg.az” xəbər verir ki, sözügedən proqramda bunları söyləyib:
“İstərdim ki, qadınlar öz gəlinlik paltarlarını geyinsinlər, kirayə götürməsinlər. Onların öz bədənin olmalıdır. Çünki gəlinlik donu qadının özünə  məxsusdur. Mənim gəlinlik paltarım hələ də sandıqda durur. Gəlinlik xanımın bakirəliyi deməkdir. Bəzi  qadınlar ərə boşanmaq üçün gedirlər. Xanımlar da var ki, ailə qurub arzu edirlər ki,  daim həyat yoldaşları ilə birgə yaşasınlar".