Daha bir müğənni türkiyəli ərindən BOŞANIB:"Əlaqəni kəsməmişik "

“Həmin Zaur” proqramında qonaq olan müğənni Aytac Vidadiqızı həyat yoldaşından ayrıldığını açıqlayıb.
“Sherg.az” xəbər verir ki, bu haqda aparıcı Zaur Kamal sənətçiyə sual ünvanlayıb. İfaçı üstüörtülü şəkildə Zaurun sözlərini təsdiqləyib:
“Hər bir qadın xoşbəxt olmaq istəyər.

Mən də övladlaırmı tək böyütmək istəmərəm. Atalarının daim yanlarında olmağını arzulayaram. Əslində əlaqə saxlayırıq. Hansısa aparıcı belə sual vermir.

Ona görə şoka düşdüm. İndi hər şey yaxşıdır. Əlaqəni kəsməmişik.  Bir ildir həm Türkiyəyə gedib-gəlirəm, həm də burada qalıram. Orada evimiz var. Həyat yoldaşımın adınadır.  Məsələ maddiyyatla əlaqəli deyil”.

Qeyd edək ki, müğənni türkiyəli iş adamı Canberk Coşquntuna ilə ailəli idi. Onların bu evlilikdən iki övladı dünyaya gəlib.