İlhamə Quliyevanın mirası kimə qalıb? - AÇIQLANDI

Xalq artisti İlhamə Quliyevanın mirasının kimə qaldığı açıqlanıb. Bu barədə müğənni Əli Mirəliyevin qızı Samirə “Onun sirri” proqramında danışıb.

“Sherg.az” xəbər verir ki, o bacılarının İlhamə xanım vəfat etdikdən sonra gəldiklərini söyləyib:

“Gördüm ki, ab-hava yaxşı deyil. Hər kəs miras haqda düşünürdü. Hamısı bir-birinə baxıb mimika və jestlərlə danışırdı. Hiss elədim ki, sualları var, mirasın harada olduğunu fikirləşirlər. İlhamə xanım xəstə olanda yalnız mən və oğulluğu Orxan yanında idi. Biz növbələşərək ona baxırdıq. Sağ vaxtı gəlməyən bacıları öləndə orada idilər. Nə isə...Onlara dedim ki, bizim qohum-ərəbada kasıb çoxdur. İlhamə xanım dayıma demişdi ki, mirasım yoxsullara, uşaq evlərinə, əsgərlərə bağışlansın. Mən də bu sözü yada saldım. Söylədim ki, hər ailəyə bir şey verək dua oxusunlar. Çox pis münasibət bildirdilər. Hətta Firuzə İbadovaya 7 min manat borcu var idi. Daha doğrusu ailədən bir nəfər almışdı, İ.Quliyeva da zamin olmuşdu.  Dedim heç olmasa Firuzə xanımı yola salın, onun borcunu ödəyin. Ona borcu qaytarmadılar. İlhamə xanımdan mənə dayımın pişiyi, bir də onun diplomatik pasportu qaldı. Xasiyyəti ağır olsa da, ürəyi təmiz idi”.