Şəbnəm Tovuzlu: "Görəsən, anam məndən razıdırmı?"    

Müğənni Şəbnəm Tovuzlu  "Arb" tv-də yayımlanan “Hüseynova bacıları” proqramında qonaq olub. Həyatından danışan ifaçı dedikləri ilə hər kəsi kövrəldib.
“Sherg.az” xəbər verir ki, Ş.Tovuzlu sözügedən verilişdə bunları söyləyib:
“Artıq 38 yaşım olacaq. Bugünə qədər anam bir dəfə də yuxuma girməyib, tək arzum onu röyada görməkdir.  Mən anamın rəhmətə getdiyini 15 yaşımda öyrənmişəm. O günə qədər xalamı anam bilirdim. Bir qonşumuz dedi ki, o sənin ananın bacısıdır, vəfat etmiş xalan isə öz anandır. Sonra hər şeyi dərk etdim, böyük qız idim. İndiyə kimi fikirləşmişəm ki, görəsən o məndən razıdırmı? Onun üçün əlimdən gələni edirəm. İstəyirəm bircə dəfə yuxuma gəlsin. Nə isə demərəm, sadəcə görməyi arzulayıram. Hamımızın sonu axirətdir. Orada qovuşacağıq. Lakin onu yuxuda görmək ən böyük arzumdur. Həyatda başqa diləyim yoxdur”.