Niyam  bəstəkarın məzarı başında:"İndi məni danlayan kimsə yoxdur"

Müğənni Niyam Salami ilin əvvəlində itirdiyimiz bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin məzarını ziyarət edib.
“Sherg.az” xəbər verir ki, o qəbirstanlıqdan videosunu İnstaqram profilində paylaşıb. Niyam mərhumun qəbrinin yanında bunları söyləyib:
“Bura təsəlli yerimdir. Bayramda anamı ziyarət edə bilmədim. Onun iyisini aldığım Nailə xanıma  baş çəkməyə gəldim. Allah sənə rəhmət eləsin!  Sən məni danlayırdın. İndi məni danlayan kimsə yoxdur”.