Tolik: "Ad günümü Şuşada qeyd etmək istəyirəm”

“Düşünürəm ki, Şuşa hər birimizin şah damarıdır. Cənab prezident çıxışında da vurğulayıb ki, Şuşa xalqındır, məmurların yox”.
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram profilində prodüser Tarix Əliyev (Tolik) yazıb. O millət vəkili Tural Gəncəliyevə irad bildirərkən bunları deyib:

“Məncə, orada toy etmək haqqını qazanmış o sıldırım qayaları fəth edib, düşmənin anasını ağladan  mərd şəhidlərimizin ailə üzvlərinə,qazilərimizə və əsgərlərimizə şamil olunmalıdır.

Belə baxanda mənim də arzum var. Ad günümü Şuşada qeyd  etmək istəyirəm”.

Xatırladaq ki, T.Gəncəliyev  Şuşada evlənmək istəyənlərin sədri olduğu “Qarabağa dönüş” ictimai birliyinə müraciət etmələrini söyləyib.