Fədayə: “Mənə deyirdilər, dostlarına bax, Aydın Xırdalanlı, Vüqar Biləcəri”

Uzun müddətdir, Moskvada yaşayan müğənni Fədayə Laçın İnstaqram statusunda ona irad bildirənlərə cavab verib. Sənətçi onu meyxanaçılarla əlaqəsinin olduğu üçün tənqid etdiklərini söyləyib.
“Sherg.az” xəbər verir ki, o mərhum meyxanaçı Vüqar Biləcərinin bir heyranının videosunu paylaşaraq bu sözləri yazıb:
“Bir vaxt çoxu deyirdi ki, qadın hara, meyxana hara. Söyləyirdilər ki, bunun dostlarına bax:Aydın Xırdalanlı, Vüqar Biləcəri. Sənə yaraşmır! Mən də deyirdim ki, elə mənə onlar yaraşır. İndi görürsünüzmü sevdiklərim kimlərdir?”