“Ermənilər xalq artistinin səhifəsini şikayət edib” – Dəstək verin!

“Xarıbülbül” festivalından foto və videolarını paylaşan xalq artisti Firəngiz Mütəllimovanın İnstaqram səhifəsini ermənilər şikayət edib.
“Sherg.az” xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb. Firəngiz xanım izləyicilərindən dəstək istəyib:
“Əzizlərim, Şuşa ilə bağlı paylaşımlarıma görə ermənilər şikayət edib, səhifəmi bağlatmaq istəyirlər.
Xahiş edirəm o alçaqlara bu fürsəti verməyin. Şuşadakı fotolarıma çoxlu rəy yazın”.