Elgiz başına gələn kurioz hadisədən danışdı: "Xala mənə 20 dənə 100 dollar uzatdı..."

Aparıcı Elgiz Əkbər başına gələn kurioz hadisələrdən danışıb. 
"Sherg.az" xəbər verir ki, o "Elgizlə izlə", proqramında keçmişde yaşadığı bir olaydan bəhs edib:
"Əvvəllər toy məclislərinə gedirdik. Avam vaxtlarım idi. Bir toyda iştirak edirdim. Çox da varlı insanlar idi. Açılış üçün üç aparıcı gətirmişdilər. Bir də mən efirdə beləyəm, toyda qəribə oluram. Kimsə mənə doğru gələndə çəkinirdim. Nə isə. Həmin toyda bir yaşlı xala yaxınlaşdı. Brilliant sırğa və sair taxmışdı. Pul qabını açıb təxminən 20 dənə 100 dollar çıxartdı. Mənə uzatdı. Əvvəlcə ətrafıma baxdım, sonra pulu götürdüm. Amma həmin xala da pulu buraxmayıb, mən bir tərəfdən, o da o biri tərəfdən bərk-bərk tutub. Sonra dedi ki, "Elgiz, oğlum, səni çox istəyirəm, mənim üçün filan mahnını ifa elə". Mən də təəccübləndim. Axı bir aləm müğənni var idi. Dedim, xala, mən müğənni deyiləm. Qadın pulu əlimdən aldı. Çox pis oldum. Ondan sonra 4 gün depressiyaya düşdüm. Pula görə yox, o anki duruma görə üzüldüm. Müğənnilər də məni danladı ki, gərək götürüb oxuyardın. İndiki ağlım olsa, o məndən pul ala bilərdi? Düzdü artıq toy məclislərinə getmirəm".