Zenfira: "Atamla anam arasında seçim etməli olsam..."

Müğənni Zenfira İbrahimova "Həmin Zaur" proqramında qonaq olub. Bu zaman aparıcı Zaur Kamal ona "Həyat yoldaşı, övladı və anası arasında seçim etməli olsan, kimi seçərdin?"-deyə sual ünvanlayıb.
"Sherg.az" xəbər verir ki, sənətçi düşünmədən anasının adını söyləyib:
"Çünki həyat yoldaşını da, uşağı da tapmaq olar, amma ananı yox. Mən atamı çox tez itirmişəm. Onun 38 yaşı var idi. Atamla anam arasında seçim etməli olsam, yenə anamın adını çəkərdim. Çünki ata nəvazişi görməmişəm. O rəhmətə gedəndə balaca idim. Bəlkə də ata qayğısını bilsəm, onu deyərdim. Məsələn, indi qız övladım var. O atasına çox bağlıdır".