İtdən insana keçə bilən koronavirus növü aşkarlanıb

Malayziyada itdən insana keçə və sətəlcəmə səbəb ola biləcək yeni bir koronavirus növü aşkarlanıb. Virusun əvvəllər pişik və donuzlarda təsadüf edilən virusla eyni xüsusiyyətlərə sahib olduğu ifadə edilir.
ABŞ-da "Klinik Yoluxucu Xəstəliklər" jurnalında dərc olunan araşdırmaya görə, 2017-2018-ci illərdə Malayziyanın Sarawak şəhərində xəstəxanaya yerləşdirilmiş 301 pnevmoniya xəstəsindən götürülmüş burun-mucus nümunələri müayinə edilib

Nümunələri müayinə olunan xəstələrdən 8-in, əsasən 5 yaşdan kiçiklərin itlərdə müşahidə edilən yeni bir koronavirus növü ilə qarşılaşdıqları bildirilib.

Yeni koronavirus suşuna "CCoV-HuPn-2018" adını verən elm adamları, bu virusun əvvəllər pişik və donuzlarda görülən virusla eyni xüsusiyyətlərə sahib olduğunu ifadə ediblər.

Virusun insandan insana keçməsini dəqiqləşdirmək üçün əlavə araşdırmaların davam etdiyi vurğulanıb.

İnsandan insana yoluxduğu təsdiqlənərsə, bu virusun bu günə qədər aşkarlanan və insanlarda xəstəlik yaradan 8-ci koronavirus olduğu açıqlanıb.