Sevgililərin davası qanlı hadisə ilə bitdi

Antalyada daha bir faciə yaşanıb.

Sherg.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada yaşanan iki nəfər arasındakı dava  gənc qızın ikinci mərtəbədən özünü atması ilə yekunlaşıb. Mənzilin pəncərəsindən park edilmiş avtomobilin üzərinə çırpılan gənc xanım S.N.G xəstəxanaya aparılsa da həyatını itirib. 

Qəsdən öldürməyə cəhd ittihamı ilə sevgilisi A.S.D. isə nəzarətə alınıb. O sevgilisinin dava zamanı özünü pəncərədən atdığını iddia edib. Hazırda istintaq tədbirləri davam etdirilir.