Meyxanaçı “maklerlik edir"? - Aydınlıq gətirdi

“Musiqili meyxana həmişə olub. Dəbdə olmağı yaxşıdır, illərdir var. Bu gün də dinləyicinin istədiyi tərzdə təqdim edirik”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “MTV Azərbaycana” açıqlamasında meyxanaçı Vüqar Əbdülov deyib. O bir sıra məsələlərə də aydınlıq gətirib:
“Pandemiya dövründə “maklerlik” etmirdim, dostlarımın ofisi idi. Mən də qarşısında şəkil çəkdirdm. Yalandan paylaşmışdım ki,  keçmişəm bu işə. Amma belə deyil. Öz işimlə məşğulam. Universiteti bitirdikdən sonra aktyor kimi çalışırdım. Əsgərlik vaxtı gəldi, həm də avtomobil qəzasına düşdüm. Bu uzun müddət məni aktyor dostlarımdan, teatrdan ayırdı. Meyxanaya yönəldim. Qazancım da meyxanadan gəldiyi üçün bu işlə məşğul oldum. Sənətimi də sevə-sevə yerinə yetirirəm. Ssenarilər yazırıq, tamaşalar qurururq. Bir müddət aktyor sənətindən də dərs dedim. Filmlərə də çəkildim. Professional diplomlu aktyoram. Amma daha çox meyxanaçı kimi tanınıram”.