Şəbnəm Tovuzlu bacısını axtarır:"Onu məndən gizlədirlər"   

Müğənni Şəbnəm Tovuzlu “Onun sirri” verilişinin qonağı olub. O həyatı ilə bağlı özəl açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə, Ş.Tovuzlu bir bacısının olduğunu söyləyib. İfaçı yaxınlarına səslənərək bunları deyib:
“Onu məndən gizlətməyin, belə bir şey varsa deyin.  Deyirlər, qohumlardan birinə övladlıq veriblər. Sonra dünyaya mən gəlmişəm. Bir yaşımda anam rəhmətə gedib. Məni də xalam böyüdüb. Bacımı mənə tanıtmırlar. Fikrimcə, o də hər şeydən xəbərsizdir. Lakin hər ikimiz də gerçəkləri bilsək yaxşıdır”.