Tünzalədən “Avroviziya”ya dair giley:"Seçimdə söz üstünlüyü bizdə olmalıdır”

“Yəqin ki, xaricilərin deyil, özümüzün qərar verməyimizin vaxtı çatıb. Bundan sonra mahnı, obraz və bir çox şeylərin seçimində söz üstünlüyü bizdə olmalıdır”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Avroviziya” mahnı müsabiqəsi haqda xalq artisti Tünzalə Ağayeva deyib. O Feysbuk statusunda bunları yazıb:
“Ümumiyyətlə Azərbaycan təmsilçisinin başdan-ayağa hər şeyini, səhnəsini, geyimini, mahnı xarakterini, nə oxuyacağını özümüz seçməliyik. 

Dünya təcrübəsini, “Eurovision”un istiqaməti və sairi başa düşürəm.

Ötən günlərdə əldə etdiyimiz nəticə bizə bir siqnal oldu ki,  istiqaməti dəyişməliyik.

Biz tükənməmişik, sabaha çox güclü, enerjili və hər zaman ümidliyik. Bütün ölkələrə hörmətlə yanaşaraq, kimsədən əskik olmayan, daha da üstün potensialımızı göstərək”.