“Mənim gördüyümü Rəqsanə görə bilməz”

Müğənni Manaf Ağayev “Lent.az”a açıqlamasında həmkarı Rəqsanə İsmayılovadan danışıb. O xanım ifaçının Moskvada baş verənlər haqda dediklərinə münasibət bildirib.
“Sherg.az” xəbər verir ki, M.Ağayev mövzu ilə əlaqədar bunları söyləyib:
“Əvvəla bu qadın söhbətidir, mən qarışmamalıyam. Rəqsanənin xətrini çox istəyirəm. O mərd xanımdır. Uzun illərdir ki, dostluq əlaqələrimiz var. Oxumağını da bəyənirəm. Lakin həmin söhbət lazım deyildi. Kim nə edirsə, öz adınadır.
 Sən isə şou cameasını biabır edirsən. Başqaları da deyir ki, sənətçilər belədir. Hər kəs öz həyatını yaşayır. O da qadındır, görmüsən görməməzliyə vur. Mən də çox hadisənin şahidi olmuşam. 

Gördüyümü  Rəqsanə heç vaxt görə bilməz. Ona görə də şou adamlarına hörmət etmirlər. Bu kimi hallar hər sahədə mövcuddur. Hətta müğənnilər şükürlüdür. İnternetdə  söhbət ancaq şou-biznesdən gedir.

Filankəs-filankəsə ərə getdi və sair. Camaat iyrənib artıq. Kimə lazımdır?  Hər sahədə pis də, yaxşı da var. Təkcə şou-biznesdədir ki?!”
Qeyd edək ki, Rəqsanə ailəli bir müğənninin Moskvadakı pis hərəkətlərindən bəhs edib. O həmin şəxsin övladının da yanında olduğunu bildirib.