Niyam Salami:"Bir müğənniyə vurulmuşam"

“Evlənməyə halım yoxdur”. 

“Sherg.az”ın məlumatına görə, bunları “Sözbaz” verilişində müğənni Niyam Salami deyib.
O eşq həyatı ilə bağlı açıqlamalar verib:
“Bir müğənni xanıma vurulmuşam. Qismətdir də, bəlkə nə isə olar. Toyumu özüm etmişdim. Onda çox xoşbəxt idim. Rəhmətlik anam da yanımda idi. Cibimdə 200 manat pul var idi. Dedim, aş gətiriləndə pul verərəm. Ümumiyyətlə toyda məndə pul olmayıb”.