Susa bilmirəm:"Gözümü yumub, ağzımı açıram"    

“Mənim qalmaqallarım həmkarlarımla deyil”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “7 canlı” şou proqramında aktrisa Pərvin Abıyeva deyib. P.Abıyeva əsasən ona pis rəy yazan izləyiciləri ilə mübahisə etdiyini söyləyib:

“Həmişə deyirəm ki, cavab yazmayacam, danışmayacam. Lakin çox emosional insanam.
Özümə ya da, başqasına qarşı haqsızlıq  görəndə susa bilmirəm. Canlı yayımda gözümü yumub, ağzımı açıram.
Sonra da düşünürəm ki, bəs özümə söz vermişdim. Kiməsə sataşmıram, söz atmıram. Hətta adamlar var danışır, sonra deyir ki, cavab verməyi üçün belə söylədim".