Mina “partladı”: “Məni "saxlayan" yoxdur”

Müğənni Mina Hüseyn jurnalist Vüqar Kamiloğluna açıqlamasında həmkarlarının bostanına daş atıb.
“Sherg.az” xəbər verir ki, o ad çəkmədən bunlaır söyləyib:
“Görürük ki, evli ola-ola başqa kişilərlə uyğunsuz şəkilləri, yaxud da videoları yayılır. Allaha şükür məndə belə bir şey yoxdur. Kiminləsə də adım çıxmayıb. El arasında deyirlər, kimsə kimisə saxlayır. Mən də bu da olmayıb. Məni saxlayan yoxdur. Bir tək səhvim açıq geyimlərimdir. Onu da Allahın izni ilə düzəldirəm”.
İfaçı “Şəbnəm-Vəfa qalmaqalı” haqda suala gəlincə, danışmaq istəmədiyini deyib:
“Kiminsə şəxsi həyatını müzakirə etmək ixtiyarım yoxdur”.