Müğənnidən ŞOK ETİRAF:"Nadirlə Ayan..." - FOTO

Uzun müddətdir ki duet ortaqları Nadir Qafarzadə və Ayan Babakişiyevanın sevgi münasibətlərinin olduğu söylənilir. Onların birgə paylaşdıqları foto və videolar müzakirələrə səbəb olur.
“Sherg.az” xəbər verir ki, A.Babakişiyeva “Atv maqazin onlarla” proqramına açıqlamasında bütün şayiələrə aydınlıq gətirib. Sənətçi mövzu ilə əlaqəli bunları söyləyib:
“Nadirlə Ayan eşq yaşayır... Amma ifa etdikləri duetlərdə, mahnılarda, musiqilərdə.  Bir insan görmək istədiyini görür. Biz ailəvi yaxın dostuq. Onun həyat yoldaşı Sevinc xanım ilə də yaxınam”.