Niyam kövrəldi:"Məni atdılar..." 

Müğənni Niyam Salami “Söz baz” verilişində qonaq olarkən həyatı və sənəti ilə bağlı açıqlamalar verib. Mərhum anasından söz açan sənətçi göz yaşlarına hakim ola bilməyib.
“Sherg.az” xəbər verir ki, N.Salami kövrələrək bunları söyləyib:
“Məni atdılar. Dedim, gözümün yaşı quruyar. Amma qurumur. Bəlkə də çox fikirləşməklə səhv edirəm. Lakin özümdən asılı deyil. Allaha dua etdim ki, məni evdən çıxar, səhər gedim, axşam gəlim. İndi Tanrıdan soruşuram ki, məni niyə belə yüklədin? Kaş anam başıma sığal çəksin, onun yanında olum. Düşünürdüm ki, o son dəfə mənə niyə elə baxdı? Sonradan anladım ki, anamın baxışı belə imiş.  Dayağım, nəfəsim o idi. Məni danlayırdı. İndi mənə öyüd verən yoxdur. Elə bilirəm rahatam. Əslində isə çox narahatam. Adamın valideynləri yanında olanda özünü güvəndə hiss edir. Yüküm çoxdur”.

İfaçı həmçinin bacılarından da bəhs edib:

“Beş bacı ilə böyümüşəm. Biri müəllimdir, onun adı ilə buralara qədər gəlmişəm. İndi deyirlər, Niyamın bacısıyıq.  Əvvəl onlara bacım olduqlarını kimsəyə söyləməmələrini tapşırmışdım. Çünki özüm də, bacım da kirayədə yaşayırdıq. Fikirləşirdim ki, birdən deyərlər, Niyamın bacısı kirayədə qalır. Ona görə əzilə bilərdim”.