Şəbnəm  jurnalistləri hədələyib:"...Həbs etdirəcəm"

Müğənni Şəbnəm Tovuzlu media nümayəndələrini hədələyib.

“Sherg.az” xəbər verir ki, o “Onun sirri” proqramında bunları söyləyib:

“Mənim adımı hallandırırlar. Baxıram əsəbləşirəm. Məhkəməyə müraciət etmək fikrim var. Vəkilim bu işlə məşğuldur. Mənim qətnaməm hazırlanacaq. Böyük mətbuat konfransı keçirəcəm. Bütün jurnalistləri dəvət edəcəm. Onlarla danışacam. Sənəddəki cərimə ilə də tanış olacaqlar. Artıq bu lazımdır. Kimsə mənim adımı çəksə, ondan cərimə alacam. Desə, yoxumdur, həbs etdirəcəm”.