Əməkdar artist evsiz qalıb: "Kirayədə yaşayıram..."

Əməkdar artist Ruhəngiz Allehverdiyeva evsiz qalıb.
“Sherg.az” xəbər verir ki, o bu barədə “Həmin Zaur” proqramında danışıb. Aparıcı Zaur Kamal bir nəfərin ona ev satmaq istədiyini, lakin pulu az-az ödəyə biləcəyini söyləyib. Sənətçi isə yalnız ödəniş edəcəyi təqdirdə razı olacağını bildirib:

“Hazırda bina evində kirayədə yaşayıram. Sənətdən qazandığımla uşaqları oxudub, öz geyimimə xərcləmişəm. Həm bədxərcəm, həm ürəyiaçığam. Məsələn, deyiblər, telefonum yoxdur, almışam, ya da borcu olana kömək etmişəm.

İndi mənə telefon alan yoxdur. Telefonum xarab olub. Vaxtında qazanmışam.

Həyat yoldaşım da işləyirdi. Amma mənim qədər qazana bilməz axı. Hansı müğənninin həyat yoldaşı özündən çox qazanır?

Gərək biznesmen ola və sair. Ümumiyyətlə həyat yoldaşları olsun ki qazansın da...”