Ermənistan sərhəddə terrorçuluq fəaliyyətinə cəhd edir


"Birgə Monitorinq Mərkəzi əsasən Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına nəzarət edir"


Son günlər Azərbaycan-Ermənistan sərhədində təxribatlar baş verir. Məsələn, ötən gün sosial şəbəkələrdə ermənilərin sərhəddə azsaylı Azərbaycan əsgərlərinin posta hücumu və əsgərlərimizə xəsarət yetirməsini əks etdirən video-görüntülər paylaşılıb. Daha sonra Azərbaycan sərhədində təxribat törədən 6 diversant zərərsizləşdirilib. Çoxsaylı hadisələr yaşanmasına baxmayaraq Birgə Monitorinq Mərkəzindən hər hansısa bəyanat yayılmayıb. Bəzi ekspertlər hesab edir ki, bu hadisələrdən sonra Birgə Monitorinq Mərkəzinin hansısa açıqlamasının və ya mövqeyinin olmaması təəccüb doğurur.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında vurğulayıb ki, atəşkəsə nəzarət edən Birgə Monitorinq Mərkəzi əsasən Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına nəzarət edir. Burada ermənilərin fəaliyyətləri müşahidə edilir:

"Qeyd edim ki, Ermənistan dövlət sərhədində terrorçuluq fəaliyyəti həyata keçirir. Bura Monitorinq Mərkəzi cavabdeh deyil. Ümumiyyətlə, monitorinq mərkəzi  Türkiyə hərbiçilərinin Azərbaycanda rəsmi yerləşməsi üçün  rəsmi bir vasitədir. Əgər Ermənistan təxribat edəcəksə, Monitorinq Mərkəzi yalnız bəyanat yayacaq".