Zöhrə Abdullayevanın sənət dostları dəfndə niyə yox idilər?! - QINAQ

Tanınmış aparıcı İlham Mirzəyev dünən dünyasını dəyişən əməkdar artist Zöhrə Abdullayevadan yazıb.
"Sherg.az" xəbər verir ki, o sənətkarın dəfn mərasimində iştirak etməyən dostlarına da irad bildirib:
"Bu amansız həyatda betərin də betəri var. Çünki dünya zalımdır və zalımların dünyasıdır. Kimsə sonunun necə olacağını bilmir. Bu gün gördüm ki, boş və mənasız dünyada yaşayırıq. Ömrünü incəsənətə, mədəniyyətə həsr edən birini sakitcə yerdən götürdülər və dəfn etdilər. Bəs illərlə çiyin-çiyinə çalışdığı, eyni səhnəni paylaşdığı mədəniyyət işçiləri dəfn mərasimdə niyə yox idilər? İçi mən qarışıq hamı İnstaqramda paylaşım etdik və bitdi. Nə isə... Sözün tükəndiyi andır. Allah rəhmət eləsin".