13400 illik insan qalıqları üzərində maraqlı araşdırma: Qida qarşıdurmaları...

Tədqiqatçılar 13400 illik insan qalıqları üzərində yeni maraqlı bir araşdırma aparıblar.
 "Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, ingilis və fransız alimləri 1960-cı ildə Sudanda tapılmış 61 insan skeleti üzərində aparılmış araşdırma  nəticəsində maraqlı bir qənaətə gəliblər.
“Scientific Reports” elmi jurnalında yayımlanan araşdırmaya görə, skeletləri tapılan 61 nəfərin müharibədən deyil, məhz o dövrdə yaşanan və bir neçə il davam edən iqlim dəyişikliyinin yaratdığı çətinliklər nəticəsində dünyalarını dəyişdikləri bildirilib. Skeletlərdə tapılmış yara izləri isə o dövrdə qida səbəbindən baş vermiş  qarşıdurmalara işarə edildiyi qeyd edilib.