Tolik Zöhrə Abdullayevadan YAZDI: "Bəzi analar özlərini assınlar"

Prodüser Tarix Əliyev (Tolik) dünən vəfat edən əməkdar artist Zöhrə Abdullayeva ilə bağlı paylaşım edib. 
"Sherg.az" xəbər verir ki, o mərhumun verilişində çəkilən videosunu paylaşaraq bunları yazıb:
"Allah sizə rəhmət eləsin, Zöhrə xanım. Bəzi analar sizə baxıb nəinki utansın, hətta gedib özlərini assınlar. Dünyaya uşaq gətirib, "baxa bilmirəm" deyib uşaq evinə atırlar. İllər sonra da durub uşaqlarını axtarırlar. Amma siz övladınızın ölümündən qısa müddət sonra bu dərdə dözə bilməyib, balanıza qovuşdunuz".