Ölkədə şok yaşandı, 215 uşağın sümük qalıqları tapıldı

Kanadanın Kamlups şəhərində köhnə kilsənin internat məktəbinə aid ərazidə 215 uşağın sümük qalıqlarını tapıblar.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, sümük qalıqları tapılan uşaqların bir qisminin 3 yaşında olduğu bildirilib.

Səlahiyyətlilər rast gəldikləri sümük qalıqlarından şoka düşdüklərini deyiblər. Onlar bu uşaqların 2, 3 və 4 yaşlarında olduğu və ölümlərin sənədsiz olduğunu qeyd ediblər. Bölgədəki işlərin hələ də davam etdiyi vurğulanıb.  Kanada Baş naziri Justin Trudeau hadisəni ürək ağrısı olduğunu bildirib. O qeyd edib ki, bu qədər uşağın hansı səbəbdən öldüyü müəyyənləşdiriləcək.