Azəri qızı Güneldən ŞOK etiraf: “Tatlısəs Rza Zərrabla evlənməyimi...” - Gizli mesaj

“İbrahim Tatlısəslə aramızdakı soyuqluq ikinci dəfə nişanlananda oldu. O dedi ki, nişanına da gəlməyəcəm. Hətta mahnı istəmişdim, söylədi ki, pul ilə satıram. İbrahim bəy oğlu kimi gördüyü Rza Zərrab  ilə evlənməyimi istəyirdi”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Dəyişən cavab” verilişində müğənni Günel Zeynalova( Azəri qızı) söyləyib. O İ.Tatlısəslə R.Zərrabı özünün tanış etdiyini xüsusi vurğulayıb:

“Əvvəl üzüldüklərimə indi sadəcə baxıram. Nə yaşadırsansa, qarşına çıxır. Ədalət hər zaman öz yerini tapır. Allah böyükdür. Mənə pislik edənlərə də yaxşılıqla cavab verirəm. Susmaq ən gözəl intiqamdır. İnsan yaşatdığını yaşamadan ölmür. Türkiyədə media nümayəndələri zəng edir. Deyirəm, müsahibə verəcək bir durum yoxdur. İllər əvvəlki səs yazısı yayılıb. İndimi ağlınıza gəldi? O zaman dəstək olmayanlar indi danışırlar. İnsan bəzən tək qalanda etdikləri yadına düşür. Yaxınlarda video çəkirdim. Mən kimsənin qarşısında ağlamamışam. Bu hadisələr yadıma düşəndə fikirləşdim ki, bəlkə də, ailəmi üzmüşəm. Nə qədər sənətçi də  olsam, ailəmdə gördüyüm ədəblə, tərbiyə ilə yaşamağa çalışmışam. Bir gün soruşdular ki, sevginin və xəyanətin acısını danışa bilərsənmi? Çox pis hisdir. Mən hamını bağışlamışam. Sabah nə olacağını bilmirik. Ebru Gündəşin atası dünyasını dəyişəndə rəhmət dilədim. Çünki ailə mənim üçün önəmlidir. Onların münasibətində maddiyyat böyük rol oynayırdı. Bizdə isə bir əhəmiyyət kəsb etmirdi. Həmin vaxtlar gəlinlik paltarını seçirdim. Rza mesaj yazdı. Son peşmanlıq fayda verməz. O səhvini bir həftə sonra anladı”.


 Xatırladaq ki, Günel Zeynalova ilə azərbaycanlı iş adamı Rza Zərrabın ayrılmasına türkiyəli ulduz Ebru Gündəş səbəb olub. Sonra E.Gündəş ilə R.Zərrab ailə həyatı qurub. onların bir qız övladı dünyaya gəlib. Lakin yaxın günlərdə R.Zərrabın xəyanətinə görə cütlük boşanıb.