Daha bir müğənni Rəqsanəyə cavab:“Söhbət namusdan gedirsə...”

Müğənni İlhamə Qasımova “Atv Maqazin onlarla” proqramının “ 33 sual” rubrikasında qonaq olarkən həmkarı Rəqsanə İsmayılovadan danışıb.“Sherg.az” xəbər verir ki, o Rəqsanə ilə arasında yaşanan qalmaqaldan bəhs edib:“Onunla 2016-cı ildə qalmaqalım olub. Səbəb də “Bivəfa” mahnısını səsləndirməyim idi. Şou proqramlardan birində, həmin mahnını “əyə-əyə” oxudum, yumor qatdım. O da türkmən mahnısıdır, bizim deyil. İnciməyə dəyməzdi. Amma ona cavab vermədim. Çünki haqqı var. Axı onun yaradıcılığına sataşmışam. Əslində “lağ-lağı” ilə də ifa etməmişdim. Tam yadımda deyil”.

İ.Qasımova həmçinin Rəqsanənin Moskvaya üz tutan həmkarları haqda dediklərinə də irad bildirib:

“ Bu, xoşuma gəlmədi. Söhbət namus-qeyrətdən gedirsə,  sözügedən hadisəni yaymayaydı. Təklikdə həmin şəxsin özünə bildirərdi. Dırnaqarası qonşularımızın yaşadığı bir mühitdə bir-birimizi dəstəkləməliyik. Sosial mediada danışanda fikir verməliyik. Çünki oradan bütün dünyaya  yayılır. Kardaşyanlar bir-birini qırsınlar, biz yox.  Biz onunla gündəmə gəlməyək. Rusiyaya gedən müğənniləri də qınamaq lazım deyil. Məsələn, biri dedi  ki, göyərti qiymətinə toya gedirlər. Hazırda ölkədə toy yoxdur, onlar da ailə saxlamalıdır. Elə bilirlər hamısının milyonu var. Deyirlər, maşınını sat. Bəs alan varmı? İnanın kimsə öz səviyyəsini  aşağı salmaq istəməz. Hamı bilir ki, illərdir bu yer üçün çalışıb”.