Niyam ölümdən döndü: "Tormozu da basa bilərdim"

Müğənni Niyam Salami “Həmin Zaur” proqramında başına gələn dəhşətli hadisədən danışıb.
“Sherg.az” xəbər verir ki, o məlum olay haqda bunları söyləyib:
“Suraxanıda reyslərin üstündən keçən yol ilə gedirdim. Demə qatar gəlirmiş. İşığı da yanmırdı, səs də etmirdi. Maşınla keçəndə az qala məni vurmuşdu. Özümü itirib qazı deyil, tormozu da basa bilərdim. Zarafat bir yana qatar işığını yandırmalıdır”.