Yarasa hər kəsi şoka saldı

Sərnişin təyyarəsi geri dönmək məcburiyyətində qalıb

Hindistan Hava Yollarına məxsus  sərnişin təyyarəsində uçuş zamanı böyük çaxnaşma yaşanıb.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki,  Yeni Dehli-Newark reysini edən təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra təyyarədəki yarasa hər kəsi şoka salıb.  Kabin heyəti kokpit heyətinə məlumat verdikdən sonra, Hava Trafik Xidməti (ATC) ilə əlaqə yaradılıb və təyyarə  Dehliyə geri dönüb. Yarasanın çıxarıldığı və təyyarənin dezinfeksiya edildiyi bildirilib.